Cümə axşamı, 02 May

"Tesla" işçisinə 137 milyon dollar təzminat ödəyəcək

image

"Tesla" avtomobil şirkəti işçisini təhqir etdiyinə  görə 137 milyon dollar təzminat ödəməli olacaq. 

Xəbər verilir ki, Fresno fabrikində çalışan qaradərili işçi irqi ayrı-seçkiliyə məruz qalıb. O, bununla bağlı məhkəməyə müraciət edib. 

San-Fransisko federal məhkəməsi, 2015-2016-cı illərdə fabrikdə işləyən Oven Diazın iş yerində irqi düşmənçiliyə məruz qaldığını təsbit edib. Diaz məhkəmədə hətta  təcavüzə  də  məruz qaldığını bildirib. 

Bundan sonra  məhkəmə  qərarına əsasən, "Tesla"nın Diaza 137 milyon dollar dəyərində təzminat ödəyəcəyini  bildirib. 

Qeyd edək ki,  şirkətin baş icraçı direktoru İlon Maskdır. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15